Kanadada islamofobiya ilə mübarizə üzrə xüsusi nümayəndə vəzifəsi yaradılıbbackend

Kanadada islamofobiya ilə mübarizə üzrə xüsusi nümayəndə vəzifəsi yaradılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın Mənzil, Müxtəliflik və İnklüzivlik Departamenti islamofobiya ilə mübarizə üzrə xüsusi nümayəndə vəzifəsinə namizədləri işə götürməyə başladığını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “Global News” məlumat yayıb.

Nəşr qeyd edir ki, bu elan dini zəmində törədilmiş müsəlman ailəsinin qətlinin ildönümünə təsadüf edir.

“Xüsusi nümayəndə ölkədə islamofobiyanı aradan qaldırmaq üçün yorulmadan çalışacaq peşəkar ekspert və hökumət müşaviri olacaq”-deyə, ölkənin ailə, uşaq və sosial inkişaf naziri Əhməd Hüseyn bildirib.