Kanadadakı Azərbaycan məktəblərində Ana Dili Günü qeyd edilibbackend

Kanadadakı Azərbaycan məktəblərində Ana Dili Günü qeyd edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadada fəaliyyət göstərən Azərbaycan dili məktəblərində 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlayn dərslər keçirilib.

 

İnterpress.az xəbər verir ki, uzun illərdir Kanadada yaşayan, Azərbaycan dilinin tədrisi ilə məşğul olan Yeganə Cəfərova və Vüsalə Əhmədovanın təşəbbüsü ilə Toronto şəhərindəki “Azərbaycan dili sinfi”ndə və Ottava şəhərindəki “Qarabağ Azərbaycan dili məktəbi”ndə şagirdlərə Beynəlxalq Ana Dili Günü ilə bağlı ətraflı məlumat verilib. Ana dilimiz olan Azərbaycan dilinin əhəmiyyətindən danışılıb, hər bir azərbaycanlının onu qorumağa və inkişaf etdirməyə borclu olduğu nəzərə çatdırılıb. Y.Cəfərovanın yetirmələri öz təbriklərini Azərbaycanın tanınmış şairi Tofiq Bayramın “Ana dilim” şeirini səsləndirməklə çatdırıblar.

 

Qeyd edək ki, Toronto şəhərindəki “Azərbaycan dili sinfi”ndə və Ottava şəhərindəki “Qarabağ Azərbaycan dili məktəbi”ndə şəhər və ətraf bölgələrdə yaşayan azərbaycanlı ailələrin uşaqlarına doğma dilimiz tədris edilir.

 

Soydaşlarımız Kanadanın Baş nazirini Xocalı soyqırımını tanımağa çağırıb (FOTO) - Gallery ImageSoydaşlarımız Kanadanın Baş nazirini Xocalı soyqırımını tanımağa çağırıb (FOTO) - Gallery ImageSoydaşlarımız Kanadanın Baş nazirini Xocalı soyqırımını tanımağa çağırıb (FOTO) - Gallery ImageSoydaşlarımız Kanadanın Baş nazirini Xocalı soyqırımını tanımağa çağırıb (FOTO) - Gallery ImageSoydaşlarımız Kanadanın Baş nazirini Xocalı soyqırımını tanımağa çağırıb (FOTO) - Gallery ImageSoydaşlarımız Kanadanın Baş nazirini Xocalı soyqırımını tanımağa çağırıb (FOTO) - Gallery Image

 

İnterpress.az