Keçəllik artıq PROBLEM DEYİL: Alimlər saçları 2 aya bərpa edən yeni həb YARATDIbackend

Keçəllik artıq PROBLEM DEYİL: Alimlər saçları 2 aya bərpa edən yeni həb YARATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçəllik artıq problem deyil: alimlər saçları 2 aya bərpa edən yeni həb yaradıblar.

İnterpress.az xəbər verir ki, bu barədə NYP məlumat yayıb.

Amerikanın “Veradermics” şirkəti kişilərin keçəlləşməsinin qarşısını almaq üçün nəzərdə tutulmuş VDPHL01 innovativ dərmanını təqdim edib.

Tədqiqatçılar dərmanın tamamilə təhlükəsiz olduğunu, hormonal olmadığını və saçları bərpa edərkən ciddi yan təsirlərə səbəb olmadığını iddia edirlər.

Dərmanın tablet şəklində gəldiyi, gündə 1-2 dəfə qəbul edildiyi və bir neçə yüz kişinin daxil olduğu sınaq iştirakçılarında cəmi iki ay ərzində nəzərəçarpacaq saç artımı göstərdiyi bildirilir.

FDA-nın təsdiqi bir il ərzində gözlənilir, bundan sonra dərman satışa çıxarılacaq.

Xuraman Etibarlı

İnterpress.az