Keçmiş nişanlısı tələbə qızı bıçaqladıbackend

Keçmiş nişanlısı tələbə qızı bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Sumqayıt Dövlət Universitetinin (SDU) qarşısında bıçaqlanma olub.

İnterpress.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, səhər saatlarında ali məktəbin tələbəsi A. Əliyeva universitetə gələrkən bıçaqlanıb.

Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, A.Əliyevaya 14 kəsilmiş-deşilmiş xəsarət yetirilib.

Hadisənin qızın xalası oğlu, həmçinin keçmiş nişanlısı olan şəxs tərəfindən törədildiyi bildirilir.

Araşdırmalar davam etdirilir.