Keniyada şagirdlərin şəkillərini paylaşan məktəblərə cərimələr tətbiq edilirbackend

Keniyada şagirdlərin şəkillərini paylaşan məktəblərə cərimələr tətbiq edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keniyada bir məktəb şagirdlərinin şəkillərini valideynlərinin icazəsi olmadan internetdə paylaşdığına görə təxminən 31 min dollar cərimə olunub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bir neçə il əvvəl yaradılan Məlumatların Mühafizəsi İdarəsi digər insanların məlumatlarını icazəsiz paylaşdıqlarına görə restoranları, alış-veriş saytlarını və təhsil müəssisələrini cərimələyib.

Ofisdən verilən açıqlamada, Uthiru rayonundakı bir məktəbə valideynlərinin icazəsi olmadan azyaşlı uşaqların fotoşəkillərini paylaşdığı üçün təxminən 31 min dollar cərimə edildiyi bildirilib.

Bəyanatda bu cəzanın “analoji səbəbdən hər hansı təhsil müəssisəsinə tətbiq edilən ən böyük cəza” olduğu bildirilib və bunun bütün təhsil müəssisə və təşkilatlarına mesaj olduğu vurğulanıb.

Məlumatların Mühafizəsi İdarəsi bütün müəssisələrdən məlumatların mühafizəsi qanununa riayət etməyi tələb edib.