Kəşfiyyat xəbərdalıq etdi: Hökumət Putinə qarşı xüsusi qrup göndərdibackend

Kəşfiyyat xəbərdalıq etdi: Hökumət Putinə qarşı xüsusi qrup göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Britaniya elektrik şəbəkələrinə, bank sisteminə və iqtisadiyyatın və hökumətin digər mühüm elementlərinə qarşı mümkün kiberhücumlardan müdafiəyə kömək etmək üçün Ukraynaya kibermütəxəssislər qrupu göndərib.bu barədə “New York Times” mənbələrə istinadən yazır.

Qəzetin yazdığına görə, bu, Ukraynanı Rusiya Prezidenti Vladimir Putinin növbəti addımına hazırlamaq üçün olduqca sakit şəkildə edilib. ABŞ kəşfiyyatının fikrincə, Rusiya bu kiberhücumlar vastəsilə Ukrayna Prezidenti Vladimir Zelenskini bacarıqsız və müdafiəsiz göstərməyə və ola bilsin ki, işğal üçün bəhanə gətirməyə cəhd edə bilər.

Britaniya hökuməti bildirib ki, kibertəhlükələr sahəsində yardım müdafiə xarakterlidir. ABŞ administrasiyasından isə bildirilib ki, Ukraynanın kibermüdafiəni gücləndirmək və kiberdavamlılığı artırmaq səylərini əvvəl də dəstəkləyib. Eyni zamanda, hər iki ölkənin hökumətləri ekspertlər komandası ilə bağlı təfərrüatları açıqlamayıblar. /Cebhe.info/