“Kirantsın ərazisindən Azərbaycana 8 hektar əkin sahəsi verilib” – Erməni jurnalistbackend

“Kirantsın ərazisindən Azərbaycana 8 hektar əkin sahəsi verilib” – Erməni jurnalist

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kirantsın ərazisindən Azərbaycana 8 hektar əkin sahəsi verilib”.

interpress.az xəbər verir ki, bu barədə erməni jurnalist Voskan Sarkisyan məlumat verib. O bildirib ki, Kirants ərazisindən kadastr şəhadətnaməsi ilə 8 hektar əkin sahəsi Azərbaycana verilib.

“İyunun 30-da Azərbaycan Silahlı Qüvvələri Kirants kəndi yaxınlığında böyük bayraq sancıb. Kirantsdakı bu bayraq qonşu Açarkut ərazisindən də görünür. Bu, Kirants və Açarkut sakinlərinə psixoloji cəhətdən pis təsir edir. Kirants kəndinin inzibati rəhbəri Kamo Şaqinyan kənd qəbiristanlığının yaxınlığında Azərbaycanın böyük bayrağının quraşdırıldığını təsdiqləyib. Onun sözlərinə görə, bu sahədə Ermənistanın bayrağı da quraşdırılıb.

Mən Şaqinyandan Qaraxan çayının sağ sahilində, Kirantsda sahiblərinin Kadastr Komitəsindən mülkiyyət şəhadətnaməsi olan 8 hektar əkin sahəsi haqqında da soruşdum. Bu torpaqlar Azərbaycana verilib.

Mən də bu torpaqların sahiblərinə dövlət tərəfindən pul kompensasiyası verilməsini soruşdum. Administrasiya rəhbəri bildirib ki, bu məsələ ilə o məşğul deyil, bu işlə Tavuş vilayəti administrasiyası və İcevan meriyası məşğul olur.

Şaqinyan əlavə edib ki, hazırda dövlətlərarası avtomobil yolunun Açarkut kəndindən keçən yeni hissəsində tikinti işləri aparılır. Onun iyulun 24-də istifadəyə verilməsi nəzərdə tutulur”, – Sarkisyan deyib.

Xuraman Etibarlı

İnterpress.az