Qaynaqçı keçmiş sevgilisi ayrılmaq istədiyi üçün ona işgəncə verib, ayaqlarını taxtaya mıxlayıb.
interpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, kişi keçmiş sevgilisinə işgəncə verib, ayaqlarını taxtaya mıxlayıb.
Kişi Yekaterinburq küçəsində 41 yaşlı keçmiş sevgilisi ilə görüşüb və söhbət etməyi təklif edib. Onlar qaraja giriblər, qaynaqçı qadını döyməyə başlayıb. Daha sonra onun ayaqlarını taxtaya mıxlayıb, üstünə benzin töküb və yandırıb.
Həmin şəxs 12 il müddətinə ciddi rejimli koloniyada cəza çəkib. O, qadına 1,5 milyon rubl (təxm. 290 min man) məbləğində təzminat ödəməlidir.
Xuraman Etibarlı
İnterpress.az