Rusiyalı sahibini bəyənmədiyi üçün 24 saatlıq barı yandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Çerkesskdə maskalı naməlum şəxs əlində beş litrlik kanistrlə bara daxil olub. və
O, piştaxtanın arxasındakı işçiyə məhəl qoymadan yandırıcı mayeni piştaxtanın üzərinə tökərək yandırıb və hadisə yerindən qaçıb.
Bar sahibi yanğından dəyən ziyanı 2,5 milyon rubldan çox qiymətləndirir.
Yanğın törədən şəxs dərhal saxlanılıb, o, müəssisəni sahibinə qarşı şəxsi kin ucbatından yandırdığını etiraf edib.
Xuraman Etibarlı
İnterpress.az