Kişinyov hava limanında partlayıcı ŞÜBHƏSİ – Sərnişinlər TƏXLİYƏ EDİLDİbackend

Kişinyov hava limanında partlayıcı ŞÜBHƏSİ – Sərnişinlər TƏXLİYƏ EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kişinyov hava limanında partlayıcı maddə şübhəsi ilə sərnişinlər təxliyə edilib.

İnterpress.az xəbər verir ki, bu barədə RİA Novosti-yə mənbə məlumat verib.

Moldova sərhədçiləri Kişinyov beynəlxalq hava limanında partlayıcı maddə ola biləcəyi ehtimal edilən baqaj aşkar ediblər.

Hadisə yerində sapyorlar və digər mütəxəssislər işləyirlər.

Hava limanının ərazisi mühasirəyə alınıb, sərnişinlər təhlükəsizlik məqsədilə təxliyə olunublar. Hazırda əraziyə baxış keçirilir.

Xuraman Etibarlı

İnterpress.az