Avropa İttifaqının (Aİ) Ukraynaya dəstək məsələsində çətinliklər var.
İnterpress.az xəbər verir ki, bu barədə “Blomberg” məlumat yayıb.
Bildirilib ki, Brüssel Ukraynaya artilleriya mərmilərinin tədarükü ilə bağlı problemlər yaşayır: “Görünür, qurum martın sonuna qədər Kiyevə 1 milyon artilleriya mərmisi göndərmək vədini yerinə yetirməyəcək”.
Həmçinin qeyd olunub ki, davamlı yardım vədlərinə baxmayaraq, Aİ müxtəlif maliyyə paketləri üzərində razılığa gəlməkdə çətinlik çəkir: “Bundan başqa, Rusiyaya qarşı sanksiyaların tətbiqi təxirə salınıb”.
Məlumata görə, Ukrayna xarici işlər naziri Dmitro Kuleba Aİ xarici işlər nazirlərinin bu gün Brüsseldə keçiriləcək iclasında bu məsələləri qaldıracaq.