“Xankəndidə keçirilən hərbi parad türk dünyasının böyük sevincinə səbəb olub”.
İnterpress.az xəbər verir ki, bunu Türkiyənin “Türkiye” qəzeti yazıb.
Qeyd olunub ki, Xankəndi və Laçında keçirilən mərasimlər bir çox cəhətdən önəmlidir: “Əvvəla, Azərbaycan Ordusu regionda çox ciddi gücə çevrilib. Azərbaycan Ordusunun – İkinci Türk Ordusunun bütün şöhrəti ilə ayağa qalxdığını deyə bilərik. Əslində, hər şey öz mənşəyinə qayıdır, çünki o qan eyni qandır! Dünya çox mənfi həddə yaxınlaşdıqca, hətta “Turan Ordusu” da yarana bilər. Hər şey xəyalla başlamırmı?”
Məqalədə vurğulanıb ki, Azərbaycan öz problemlərini həll etməklə yanaşı, gələcəyə də hazırlaşır: “Zəngəzur dəhlizinin açılması ilə türk dünyası quru yolla bir-birinə bağlanacaq. Tarixi İpək Yolu yenidən oyanacaq. Azərbaycan həlledici nöqtədədir. Azərbaycan Ordusu düşməndə qorxu, dostlarda inam yaratmaq üçün hər an ayıq-sayıq olacaq. 8 Noyabr Qələbə Bayramınız mübarək, ey şanlı ordu”.