Kiyev Rusiyanın təklifinə hələ cavab verməyib – Miroşnikbackend

Kiyev Rusiyanın təklifinə hələ cavab verməyib – Miroşnik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyev Rusiyanın humanitar fasilələrlə bağlı təklifinə hələ cavab verməyib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik məlumat verib.

Miroşnik bildirib ki, Kiyev Rusiyanın humanitar fasilələrlə bağlı təklifinə hələ cavab verməyib.

Bundan əvvəl Rusiya Kiyevə yaralıların və döyüşçülərin cəsədlərinin toplanması üçün qısamüddətli, 24 və ya 48 saatlıq atəşkəs elan edilməsi məsələsinə baxmağı təklif edib.

Bu barədə danışıqlar qrupunun rəhbəri Vladimir Medinski bildirib.

“Rusiya Kiyevə yaralıların və döyüşçülərin cəsədlərinin toplanması üçün qısa, 24-48 saatlıq atəşkəs elan edilməsi məsələsinə baxmağı təklif edib”, – Medinsky deyib.

Xuraman Etibarlı

İnterpress.az