Kiyev Putinin rus qoşunlarının Ukrayna ilə sərhədi keçməsi ilə bağlı dediklərini təkzib edib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenkonun sözlərinə görə, Putin Rusiyanın təxribat-kəşfiyyat qrupunun (SRQ) cəhdini Sumı vilayətinə hücum kimi qiymətləndirib.
“Sabotaj və kəşfiyyat qrupu məhv edilib. Orada hələ ki, Ukrayna ərazisinə genişmiqyaslı hücum həyata keçirə biləcək Rusiya qoşun qrupları yoxdur.
Rusiya təxribat və kəşfiyyat qruplarının cəhdləri tez-tez baş verir, lakin Müdafiə Qüvvələri onları məhv edir.
Putinin Rusiyanın genişmiqyaslı hücumu barədə məlumatı yalandır”, – Kovalenko qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az