Klintonlar Epşteyn işi üzrə ifadə verməyə ÇAĞIRILACAQbackend

Klintonlar Epşteyn işi üzrə ifadə verməyə ÇAĞIRILACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Klintonlar Epşteyn işi üzrə ifadə verməyə çağırılacaq.

İnterpress.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.

ABŞ Konqresi Cefri Epşteyn işinə ciddi yanaşır – ABŞ Ədliyyə Nazirliyi onu ölən cinayətkarla bağlı bütün istintaq materialları ilə təmin edəcək.

Bundan əlavə, keçmiş prezident Bill Klinton və onun həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton Nümayəndələr Palatasının Nəzarət Komitəsində oktyabrda keçiriləcək dinləmələrdə ifadə verməli olacaqlar.

Nəzarət Komitəsi ABŞ Nümayəndələr Palatasının ən mühüm nəzarət orqanıdır. O, federal qurumların fəaliyyətinə nəzarət edir, pozuntuları müəyyən edir və şahidləri çağırmaq hüququna malikdir.

Klintonun sözçüsü hələ 2019-cu ildə keçmiş prezidentin Epsteyn ilə əlaqəni erkən kəsdiyini və onun cinayətləri haqqında heç nə bilmədiyini deyib.

Xuraman Etibarlı

İnterpress.az