Bildirilib ki, son 2 ildə Kolumbiyanın Medellin çayında 55 nəfərin cəsədi aşkarlanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Medelin polisindən verilən açıqlamada, hadisə nəticəsində Medellin çayında 29 cəsədin tapıldığı bildirilib.
Açıqlamada son 2 ildə çayda aşkar edilən cəsədlərin sayının 55 olduğu, meyitlərin şəxsiyyətinin müəyyən edilməsi üçün Məhkəmə Tibb Mərkəzində araşdırmaların davam etdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, bu müddət ərzində meyitlərin müayinəsi zamanı 26 nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi başa çatıb.
Polisin məlumatına görə, 2022-ci ildə Medellinin müxtəlif bölgələrində 437, bu il isə 421 nəfər qətlə yetirilib.
Medellin çayı vaxtilə məşhur narkobaron Pablo Eskobarın əmri ilə öldürülən insanların “kütləvi məzarlığı” adlanırdı.