Azərbaycanda təkcə qohum nikahı deyil, bölgə nikahı problemi də var. Gənclərə deyilir ki, bu kənddən, qəsəbədən, rayondan kənar biri ilə evlənə bilməzsən.
Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa qohum evlilikləri ilə bağlı ictimai müzakirələrdə deyib.
O qeyd edib ki, rayonlarda gənclərə qohum evliliyinin gələcək fəsadları barədə heç kim məlumat vermir: “Kəndlərdə heç bir gəncə deyən yoxdur ki, qohumla evlənsən övladın şikəst olacaq. Amerikalıya ərə gedəni lağlağıya qoyurlar, halbuki düşünürlər, öz bibisioğlu ilə evlənsə, guya başına xoş hadisələr gələcək. Əvvəllər qohumlar boşana bilmirdi. Ağsaqqallar araya girirdi, ailədə şiddət başlayanda ağsaqqallar gənclərə qohum olduqlarını xatırladırdı. İndi ağsaqqal da yoxdur, ona görə 600-800 qohum evliliyi boşanma ilə nəticələnib”.