Danimarka universitetində anti-İsrail şüarı ətrafında qalmaqal yaranıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Kopenhagen Universiteti hüquq fakültəsinin müəlliminin mühazirə zamanı tələbələrə üzərində “Death, Death to the IDF” (“İsrail ordusuna ölüm, ölüm”) yazılmış slayd nümayiş etdirməsindən sonra daxili təhqiqata başlayıb.
Baş vermiş insident İsrailin Danimarkadakı səfirliyinin kəskin reaksiyasına səbəb olub.
Səfirlik hadisəni tamamilə qəbuledilməz adlandırıb və müəllim barəsində ciddi tədbirlərin görülməsini tələb edib.
Yerli medianın yaydığı məlumata görə, tələbələrin bir hissəsi müəllimin bu hərəkətini dəstəkləyib.
Hüquq fakültəsi tələbələrinin sosial şəbəkələrdəki qapalı qrupunda onun bu addımını bəyənən çoxsaylı şərhlər yazılıb.
Bəzi istifadəçilər müəllimi “əfsanə” adlandıraraq onun mükafatlandırılmağa layiq olduğunu bildiriblər.
Universitet rəhbərliyi hadisəyə son dərəcə ciddi yanaşdıqlarını və məsələnin bütün təfərrüatlarının araşdırıldığını təsdiqləyib.
İsrail səfirliyi isə zorakılığa və ya nifrətə çağıran şəxslərin müəllimlik vəzifəsi tutmamalı olduğunu vurğulayıb.

Xuraman Etibarlı
İnterpress.az






