Çelyabinskdə körpüdən çaya düşən 22 yaşlı qız xilas edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Çelyabinsk vilayətində 22 yaşlı qız körpüdən çaya düşüb. Sahildən təxminən 25 metr məsafədə köməksiz qalan qızın naviqasiya buyundan yapışaraq suda qalmağa çalışdığını yoldan keçən bir sakin görüb.
Vətəndaş dərhal xilasetmə xidmətinə zəng edərək kömək istəyib. Hadisə yerinə gələn xilasedicilər gənc qızı sudan çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Zərərçəkənin körpüdən hansı səbəbdən düşməsi ilə bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






