Kreml İrəvandakı səfirini geri çağıracaq – Erməni nəşrinin iddiasıbackend

Kreml İrəvandakı səfirini geri çağıracaq – Erməni nəşrinin iddiası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın “Hraparak” qəzetində Rusiya səfiri Sergey Kopırkinlə bağlı iddia yer alıb.

qəzetin iddiasına görə səfir yaxın vaxtlardan geri çağırılacaq.

Nəşr diplomatik mənbələrə istinadən yaydığı məlumatda Rusiya hkimiyyətinin Korıpkindən narazı olduğu qeyd olunub.

“Kopırkin 2018-ci ilin aprelində Ermənistana səfir təyin edilib. İndi onun geri çağırılması diplomatik xidmət haqqında qanuna uyğundur, çünki diplomatlarla əmək müqaviləsi 3 il müddətinə bağlanır. Kopırkinlə bağlı da bu müddət keçib. Amma dövlət öz nümayəndəsindən razıdırsa, adətən müqavilə uzadılır. Rusiya səfirləri isə heç bir fövqəladə hal baş vermədiyi təqdirdə, bir qayda olaraq, ev sahibi ölkələrdə öz işlərinə davam edirlər. Görünür, müəyyən qədər narazılıq var və indiki səfirin gedişi də bununla bağlıdır”, – deyə “Hraparak” qəzetində yazılıb.