Kreml: “NATO-nun Ukraynanı silahla təchiz etməsi xüsusi əməliyyata təsir etməyəcək”backend

Kreml: “NATO-nun Ukraynanı silahla təchiz etməsi xüsusi əməliyyata təsir etməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“NATO-nun Ukraynanı silahla təchiz etməsi xüsusi əməliyyata təsir etməyəcək”.

İnterpress.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Alyans Ukraynanı ən son silahlarla təchiz etməyə davam edəcək: “Aydındır ki, NATO Ukraynaya tədarük etdiyi silahların taktiki və texniki xüsusiyyətlərini artırmaqda davam edəcək. Alyans münaqişədə bilavasitə iştirakını artırmağa davam edir. Lakin bu, Rusiyanın qətiyyətini zəiflətməyəcək və xüsusi əməliyyatın gedişatını dəyişməyəcək”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.