KTMT ölkələri Bakının tərəfindədir: İrəvan “atılmış”a çevrilirbackend

KTMT ölkələri Bakının tərəfindədir: İrəvan “atılmış”a çevrilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanı post-sovet məkanında “izqoya-ölkə”yə (atılmış, lazımsız dövlət – red.) çevrilmə təhlükəsi gözləyir.

Turkustan.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri rusiyalı politoloq İqor Korotçenko deyib.

“İqtisadi Əməkdaşlıq Təşkilatının başa çatan sammitində həm də KTMT üzvləri sayılan Qazaxıstan, Qırğızıstan və Tacikistan yekun bəyannamədə İkinci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyünü bərpa etməsi münasibətilə Azərbaycanı təbrik etdi. Analoji mövqeyi Belarus da sərgiləyir. Aleksandr Lukaşenko Azərbaycan və onun qələbəsinə olan rəğbətini gizlətmir”, – Korotçenko deyib.

Ekspert əlavə edib ki, bu yaxınlarda Soçidə keçirilən sammitdə Vladimir Putin də İrəvanın ekspansionist cəhdlərinə hər hansı dəstək barədə bir kəlmə də danışmadı və kommunikasiya, dəhlizlərin açılmasının, demarkasiya-delimitasiya proseslərinin başladılmasının vacibliyini bildirdi:

“Ermənistan isə hərbi məğlubiyyətə baxmayaraq, Qarabağda qanunsuz separatçı tör-töküntülərin statusu ilə bağlı məsələni qaldırmağa davam edir və özünü KTMT üzvü kimi tam hərbi-siyasi təcrid vəziyyətinə salıb.

Həm KTMT-nin özü, həm də ona daxil olan ölkələr Paşinyan rejiminin son zamanlar fəal şəkildə tətbiq etdiyi erməni hərbi avantüralarını və təxribatlarını təşviq etmək niyyətində deyillər.

Və Baş nazir Nikol Paşinyanın ABŞ-ın himayəsi ilə keçiriləcək rusofobik “Demokratiya sammiti”ndə elan olunmuş iştirakı Ermənistanı bütövlükdə postsovet məkanında “izqoya-ölkə”yə çevirə bilər”.