Kuba sahillərində 6,1 maqnitudalı güclü zəlzələ baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Kuba sahillərində 6,1 maqnitudalı güclü zəlzələ baş verib. Almaniya Geofizika Elmi-Tədqiqat Mərkəzinin (GFZ) verdiyi məlumata görə, yeraltı təkanların ocağı yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələnin episentri Kubanın qərb-şimal-qərb hissəsindən təxminən 104 kilometr məsafədə yerləşib.
Yeraltı təkanlar nəticəsində dağıntılar və ya xəsarət alanlar barədə hələlik heç bir rəsmi məlumat daxil olmayıb.
Yerli hakimiyyət orqanları və xilasetmə xidmətləri sahilyanı ərazilərdə vəziyyəti yaxından izləyir və zəlzələnin yarada biləcəyi mümkün fəsadların qiymətləndirilməsi işlərini həyata keçirirlər.
Seysmoloqlar əhaliyə sahilyanı zonalarda ehtiyatlı olmağı tövsiyə ediblər.
Xuraman Etibarlı
İnterpress.az






