Sankt-Peterburqda qeyri-adi hadisə: İt küçədə gizlədilmiş narkotik bağlamasını udub
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Sankt-Peterburq şəhərində qeyri-adi hadisə baş verib. Şəhərin mərkəzindəki yaşayış kompleksinin yaxınlığında gəzdirilən “Avstraliya Kelpisi” cinsindən olan it yerdə gizlədilmiş narkotik bağlamasını (zakladka) udub. Həmin günün axşamı heyvanın hərəkətləri tamamilə dayanıb, o, sahibinin komandalarına və çağırışlarına reaksiya verməməyə başlayıb.
Zəhərlənən heyvan dərhal təcili olaraq baytarlıq klinikasına çatdırılıb və orada ona sistem köçürülərək orqanizmi təmizlənib. Baytarların müdaxiləsindən sonra it tədricən özünə gəlməyə başlasa da, onun uzun müddət güclü susuzluqdan əziyyət çəkdiyi bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






