Kürdəmirdə avtomobil su kanalına aşıb, 1 qadın ölüb, 2-si uşaq olmaqla 4 nəfər yaralanıb – YENİLƏNİBbackend

Kürdəmirdə avtomobil su kanalına aşıb, 1 qadın ölüb, 2-si uşaq olmaqla 4 nəfər yaralanıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmirdə baş verən ağır yol qəzasında ölən və yaralananların kimliyi məlum olub.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Ağsu rayon sakini, 28 yaşı Cəfərov Səbuhi Mehman oğlu “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına aşıb.Hadisə zamanı avtomobildə olan sərnişinlərdən Ağsu rayon sakini, 56 yaşlı Cəfərova İrayə Cəfər qızı elə hadisə yerindəcə dünyasını dəyişib. Digər sərnişinlər Ağsu rayon sakinləri – 34 yaşlı Cəfərova Mehriban Rəhman qızı, Qasımova Sona Rəhman qızı, 6 aylıq Qasımov Pünhan Mənsur oğlu və 6 yaşlı Qasımova Zəhra Mənsur qızı müxtəlif dərəcədə bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

12:58

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ2106” markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkət edərkən, qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

 

İnterpress.az