KURYOZ HADİSƏ: Kolluqda təbii ehtiyaclarını ödəyən adama piton HÜCUM ETDİ – VİDEObackend

KURYOZ HADİSƏ: Kolluqda təbii ehtiyaclarını ödəyən adama piton HÜCUM ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolluqda təbii ehtiyaclarını ödəyən adama nəhəng ilan hücum edib.

interpress.az xəbər verir ki, sosial şəbəkələrdə nəhəng ilanın oturaq vəziyyətdə olan kişini boğması görüntüləri yayılıb.

Cəbəlpurlu bir hindistanlı kolluqda rahatlanmaq istəyib. Müdafiəsiz qurbanı görən piton sıçrayaraq adamın boynuna dolanaraq boğmağa başlayıb.

Qışqırıq səslərini eşitməyə tələsən yerli sakinlər kişini xilas edə biliblər.

Kişi şalvarı aşağı olsa belə sürünənə müqavimət göstərib. İlanı çıxarmaq cəhdləri uğursuz alınıb. Bir neçə cəhddən sonra köməyə gələnlərdən biri onu balta ilə vuraraq öldürüb.

Xuraman Etibarlı

İnterpress.az