Bir neçə gün bundan əvvəl əməliyyat olunan Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkətin səhhəti yaxşılaşmağa doğru gedir.
Bu barədə onun oğlu Sidqi Şövkət məlumat verib.
O bildirib ki, hazırda anası xəstəxana şəraitində müalicəsinə davam edir:
“Xəstəxanadan evə nə zaman buraxılacağı hələ bilinmir. Vəziyyəti isə əməliyyatın ağırlığına görə adekvat şəkildə dəyişir”.
Qeyd edək ki, L.Şövkət yoğun bağırsağında yaranan şişə görə əməliyyat olunub.
İnterpress.az