Lavrov: Avropa Ukrayna münaqişəsi üzrə danışıqlarda iştirak etməməlidir – VİDEObackend

Lavrov: Avropa Ukrayna münaqişəsi üzrə danışıqlarda iştirak etməməlidir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Ukrayna münaqişəsi üzrə danışıqlarda iştirak etməməlidir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Moskva hesab edir ki, əgər mövqeyi Ukraynanın xeyrinə münaqişəni dondurmaqdan ibarətdirsə, Avropa Ukrayna münaqişəsi üzrə danışıqlarda iştirak etməməlidir.

“Mən onların danışıqlar masası arxasında nə etməli olduqlarını bilmirəm. Əgər onlar öz adət-ənənələrinə, xarakterlərinə və vərdişlərinə uyğun olaraq müharibənin davam etdirilməsini nəzərdə tutduğu halda, münaqişənin dondurulması ilə bağlı bəzi məkrli fikirlər səsləndirəcəklərsə, onda onları ora dəvət etmək nəyə lazımdır”, – XİN rəhbəri deyib.

Qeyd edək ki, Lavrovun və onun müavini Yuri Uşakovun başçılıq etdiyi Rusiya nümayəndə heyəti artıq Ər-Riyada gedib və burada Ukrayna məsələsi ilə bağlı Amerika nümayəndə heyəti ilə danışıqların aparılması nəzərdə tutulub.

Xuraman Etibarlı

İnterpress.az