Lavrov: “Putin və Zelenskinin görüşünə heç bir əngəl yoxdur”backend

Lavrov: “Putin və Zelenskinin görüşünə heç bir əngəl yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün konkret olaraq Rusiya Prezidenti və Volodimir Zelenskinin Türkiyədə görüşü məsələsini müzakirə etmədik. Bu görüşün təşkilinə heç bir əngəl yoxdur. Əsas odur ki bu, görüş naminə görüş olmasın”.

İnterpress.az  xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlardan sonra mətbuata açıqlamasında bildirib.

“İllərdir Minsk razılaşmalarının yerinə yetirilməsini istəyəndə onlar görüşmək təklif edirdilər. Söhbət razılığa gəldikdə isə sabotaj edirdilər. Biz bütün bunlardan dərs çıxardıq”, – XİN başçısı vurğulayıb.