Lənkəranda qaçırılan avtomobil Masallıda tapıldı – FOTObackend

Lənkəranda qaçırılan avtomobil Masallıda tapıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda qaçırılan avtomobil Masallıda aşkarlandı.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayonunun Girdəni kənd sakini olan şəxsə məxsus VAZ-2107 markalı avtomobilin yaşadığı evin yaxınlığından oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakinləri əvvəllər məhkum olunmuş Rövşən İsmayılov, Tural İmanov və Ağahüseyn Hüseynzadə müəyyən edilərək saxlanılıblar.

Keçirilən axtarış zamanı onların üzərindən müxtəlif çəkilərdə narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Oğurlanmış avtomobil yeri polis əməkdaşları tərəfindən Masallı rayonunun Türkoba kəndində aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

İnterpress.az