Dövlət Departamenti qadağan olunmuş LGBT, BLM və digər hərəkatların bayraqlarının ABŞ səfirlikləri və nümayəndəliklərində dalğalanmasını qadağan edib.
İnterpress.az xəbər verir ki, bu barədə “The Washington Free Beacon” məlumat yayıb.
İndi hökumət binalarında yalnız ABŞ bayrağı və bəzi hərbi simvolların nümayişinə icazə verilir.
Yanvarın 21-də ABŞ prezidenti Donald Tramp yalnız iki daimi cinsin tanınması haqqında sərəncam imzalayıb: kişi və qadın.
Tramp dəfələrlə ölkədə “transgender* dəliliyinə son qoyacağına” söz verib.
Xuraman Etibarlı
İnterpress.az