“Lissabon şəhərində Azərbaycanın diplomatik ofisi açılacaq”.
İnterpress.az “Report”-a istinadən bildirir ki, bu barədə Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov etimadnaməsini Portuqaliya Prezidenti Marselo Rebelo de Sousaya təqdim edərkən danışıb.
O bildirib ki, Azərbaycanın Portuqaliya ilə ikitərəfli münasibətlərə xüsusi önəm verir və tezliklə Lissabon şəhərində Azərbaycanın diplomatik ofisinin açılması nəzərdə tutulur.