Livanın cənubunda raket və partlayıcı anbarları tapılaraq məhv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusunun Livanın cənubundakı təhlükəsizlik zonasında davam edən əməliyyatları çərçivəsində “Hizbullah” qruplaşmasına məxsus silah anbarları aşkarlanıb.
Axtarışlar zamanı anbarlarda raket buraxılış qurğuları, pulemyotlar, partlayıcı qurğular və müxtəlif növ raketlər tapılıb. Aşkarlanan bütün anbarlar və oradakı hərbi sursatlar tamamilə məhv edilib.
Mətbuat xidmətinin məlumatına görə, ələ keçirilən bu silahların yaxın gələcəkdə İsrail hərbçilərinə qarşı istifadə edilməsi planlaşdırılıb.
Bölgədə təhlükəsizliyin təmin olunması və hərbi infrastrukturun aradan qaldırılması məqsədilə əməliyyatların davam etdirildiyi bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






