Livanın xarici işlər naziri iranlı həmkarı Əraqçinin Hizbullahın tərksilah təşəbbüsü ilə bağlı bəyanatlarını tənqid edib.
İnterpress.az xəbər verir ki, bu barədə Livanın xarici işlər naziri Yusif Raci X hesabında yazıb.
“Abbas Əraqçinin Livanın İslam Respublikası ilə heç bir əlaqəsi olmayan daxili işlərinə toxunduğu son bəyanatları qəti şəkildə rədd edilir və pislənir.
Bu cür bəyanatlar Livanın suverenliyinə, birliyinə və sabitliyinə xələl gətirir və Livanın xarici işlər nazirinin qərarlarına və daxili işlərinə qəbuledilməz müdaxilədir”, – Raci qeyd edib.
Bundan əvvəl İranın xarici işlər naziri Əraqçi Livan hökumətinin “Hizbullah”ı tərksilah etmək planını tənqid edərək, bunun iflasa uğrayacağını bildirib.
Xuraman Etibarlı
İnterpress.az