Böyük Britaniya, Almaniya və Fransa Kiyevi Rusiyaya qarşı uzaqmənzilli zərbələri gücləndirməyə hazırlayır.
İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Böyük Britaniya, Fransa və Almaniya (“Avropa üçlüyü”) Ukrayna üçün uzaqmənzilli silahlar və hava hücumundan müdafiə (HHM) sistemləri istehsal edəcək.
Bu barədə qərar iyunun 7-də Londonda üç ölkə liderinin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə keçirilən görüşün yekunlarına əsasən elan edilib.
Görüşdə Rusiya tərəfindən tətbiq edilən hipersəs ballistik raketlərinə qarşı Ukraynanın müdafiə imkanlarının sürətlə genişləndirilməsinin vacibliyi vurğulanıb.
Məqsədə nail olmaq üçün Ukrayna ilə müdafiə sahəsində uzunmüddətli əməkdaşlığı genişləndirmək qərara alınıb. Bu çərçivədə Ukraynanın hərbi-sənaye kompleksi (HSK) Avropanın hərbi sənayesinə inteqrasiya olunacaq.
Danışıqlar Böyük Britaniyanın Baş naziri Kir Starmerin ev sahibliyi ilə “Dauninq-strit 10” ünvanında baş tutub. İclasda Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Mers iştirak ediblər.
Liderlər Rusiyanın son günlərdə Ukrayna ərazilərinə intensivləşən genişmiqyaslı raket və dron hücumlarını kəskin pisləyib, eyni zamanda Ukraynanın dərinliyə zərbə endirmək imkanlarını artırmaq üçün “dərin zərbə” (deep strike) potensialının birgə inkişaf etdirilməsi barədə razılığa gəliblər.
Müdafiə tərəfdaşlığının gücləndirilməsi ilə yanaşı, tərəflər Rusiyaya qarşı iqtisadi sanksiyaların daha da sərtləşdiriləcəyini bəyan ediblər.
Xuraman Etibarlı
İnterpress.az






