“Lunapark“da ölüm – Təcili yardım çağırılmadıbackend

“Lunapark“da ölüm – Təcili yardım çağırılmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Avcılar bölgəsindəki “Lunapark”a gedən 19 yaşlı Zeynep Günay “Kamikadze” adlı atraksionda dünyasını dəyişib. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc qızın təcili yardımın gec çağırılmasına görə həyatını itirdiyi deyilir.

Zeynep Günayın yaxınları əyləncə parkı rəhbərlərinin təcili yardımı çağırmadıqlarını iddia ediblər.

Atraksionun sürətinin artması ilə daha da pisləşən Zeynep Günay düşmək istəsə də, “Lunapark” işçiləri buna imkan verməyib.

Bir müddət sonra mübahisələrdən sonra dayandırılan atraksiondan düşürülən Zeynep Günaya təcili yardım çağırılıb.

İşçilər təcili yardımı çağırdıqlarını iddia etsələr də, maşın gəlməyib.

Daha sonra 112-ə zəng vuran ailəyə təcili yardım çağırılmadığı deyilib.

Həmin anın görüntülərini təqdim edirik: