“Biz neokolonializm məsələsini BMT səviyyəsində qaldırmalıyıq”.
İnterpress.az xəbər verir ki, bunu Martinikanın Azadlığı Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan bir çox dövlətin susduğu vaxt hərəkətə keçdi: “Buna görə Azərbaycana təşəkkür edirəm. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən istifadə etməliyik. Biz işlərimizi davam etdirməli, bu məsələni BMT səviyyəsində qaldırmalıyıq”.
Lyuk Frensis Kerol bildirib ki, gələcək addımların hazırlanmasına ehtiyac var: “Biz iş planı hazırlamalıyıq. Həmrəy olsaq, daha çox şey bacararıq. Bizim böyük qardaşa, bizə ürəkdən dəstək olan qardaşa ehtiyacımız var”.