Makron Azərbaycandan yazdı: “Biz irəli gedirik”backend

Makron Azərbaycandan yazdı: “Biz irəli gedirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səkkiz erməni hərbçisi Azərbaycan tərəfindən sərbəst buraxılaraq Bakıdan İrəvana yola salınıb. Bu işdə fəaliyyət göstərənlərə təşəkkür edirəm”.

İnterpress.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “Twitter” hesabında bildirib.

O, Azərbaycanın erməni hərbçiləri təhvil verməsini alqışladığını söyləyib:

“Onlar bir neçə aydır ayrıldıqları ailələrinə qovuşurlar. Diplomatlarımıza, eləcə də bu əməliyyatda səfərbər olan əsgərlərimizə təşəkkür edirəm. Biz irəli gedirik”.

Qeyd edək ki, Azərbaycan 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.