Makrona şillə vuran şəxsdən maraqlı etirafbackend

Makrona şillə vuran şəxsdən maraqlı etiraf

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada Prezident Emmanuel Makrona şillə vuran gənc Damyen Tarel həbsxanadan çıxıb.

həbsdən çıxdıqdan sonra açıqlama verən Tarel insanlardan böyük dəstək aldığını, koronavirus peyvəndi əleyhinə nümayişlərə qatılacağını söyləyib.

O, ölkə liderinə etdiyi hücumdan heç bir peşmançılıq hissi keçirmədiyini və zaman geriyə qayıdarsa, bunu yenidən edə biləcəyini deyib.

Fiziki zorakılığa göz yummadığını, amma Makrona da kiçik bir zərbə vurduğunu bildirib.

“Makronun çox yaxşı şəkildə sağaldığına inanıram. O gün ora Prezident Emmanuel Makrona meydan oxumaq üçün gəlmişdim. Demokratiyanın hər beş ildən bir xalqı təmsil etməyən nümayəndələrə səs vermək olduğunu düşünmürəm”, – Damyen Tarel qeyd edib.

Hadisə iyun ayında baş verib. Damyen Tarel adlı şəxs küçədə koronavirus peyvəndinin təbliğatını aparan Makrona yaxınlaşaraq, ona sillə vurub və “Makronizmə son” şüarı səsləndirib. Makron hücum edildikdən dərhal sonra hadisə yerindən uzaqlaşdırılıb, Tarel isə həbs olunub./Teleqraf