Malayziyada 11 məhkumun edam cəzası 30 il həbslə əvəzlənibbackend

Malayziyada 11 məhkumun edam cəzası 30 il həbslə əvəzlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölüm hökmünün ləğv edildiyi Malayziyada edam cəzasına məhkum edilən 11 məhkumun cəzası 30 il həbslə əvəzlənib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Bernama xəbər agentliyinin verdiyi məlumata görə, məhkəmə ikisi olmaqla 11 narkotik alverçisinə verilən ölüm hökmünü ləğv edib. Həmin şəxslər Tayland vətəndaşları olub.

Məhkəmə 11 məhkumun hər birini 30 il müddətinə azadlıqdan məhrum edib.

Beləliklə, ölüm hökmünün ləğv edildiyi ölkədə ilk dəfə olaraq yeni qanunlar tətbiq olunub.

Aprel ayında Malayziya parlamentində ölüm hökmünün ləğvi və ağır cinayətlərə görə cəzaların məhdudlaşdırılması ilə bağlı qanunlar səsə qoyulub.

Bu kontekstdə qeyd edilib ki, ölüm hökmü çıxarılan şəxslər məhkəmələrin mülahizəsindən asılı olaraq 40 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Digər tərəfdən, qanun dəyişikliyinin ölkədə 1300-dən çox məhbusun həyatını xilas edəcəyi gözlənilirdi.