Marketdə məhsulları əzən Rüstəm Orucov bu generalın oğlu imiş – FOTObackend

Marketdə məhsulları əzən Rüstəm Orucov bu generalın oğlu imiş – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkən Rüstəm Orucovun tanınmış generalın oğlu olduğu məlum olub.

Rüstəm Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini olmuş general-mayor Novruzəli Orucovun oğludur.

Rüstəm Orucov 2017-ci ildə dostları ilə birlikdə Bakıda ona yol verməyən avtobus sürücüsünü döymüşdü. Bu hadisədən sonra Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

Məhkəmənin hökmü ilə Rüstəm Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

 

 

 

 

              İnterpress.az