Marneuli-Qardabaninin parlamentdə SİMASI – AZƏR SÜLEYMANOVbackend

Marneuli-Qardabaninin parlamentdə SİMASI – AZƏR SÜLEYMANOV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu il oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək. Seçkilərdə iştirak üçün 66 partiya qeydiyyatdan keçib. 78 partiyadan 12-nin müraciəti rədd edilib.

Qeyd edək ki, bu il Parlament seçkiləri seçki məcəlləsinə edilən düzəlişə əsasən, 120 proporsional, 30 majoritar olmaqla, qarışıq sistemlə keçiriləcək. Seçki bariyerinin 1% təşkil edəcəyi seçkilərdən sonra təkbaşına hökuməti formalaşdırmaq istəyən partiya səslərin minimum 40%-nə sahib olmalıdır.
Bu dəfə də seçkilərdə azərbaycanlı namizədlərin aktiv mübarizəsi gözlənilir.

Daha çox maraq kəsb edən dairələrdən biri Marneuli-Qardabani majoritar dairəsidir ki, ölkənin 4 tanınmış azərbaycanlı siyasətçi – “Avropalı Gürcüstan” Partiyasından Əhməd İmamquliyev, “Lelo Gürcüstan” Partiyasından Murad Muradov, hakim “Gürcü arzusu” Partiyasından Zaur Darğallı və Vahid Milli Hərəkat Partiyasından Azər Süleymanov bu dairədən millət vəkili mandatı uğrunda mübarizəyə başlayıblar.

Hər bir namizəd artıq seçki təbliğatına aparmaqdadırlar. Mübarizənin daha çox Azər Süleymanov və Zaur Darğallı arasında gedəcəyi ehtimalı səsləndirilir. Amma aparılan sorğular və təcrübə onu deməyə əsas verir ki, A.Süleymanov rəqiblərindən bir neçə addım öndədir.

15 il mandat sahibi olan A.Süleymanov ölkənin sayılıb, seçilən siyasətçilərdən biri olmaqla yanaşı Milli Hərəkat Partiyasının və Siyasi Şuranın üzvü və liderlərindən biridir. Parlamentdə hansısa konkret dairənin təmsilçisi olmasına baxmayaraq Gürcüstanda yaşayan bütün azərbaycanlıların ümid, pənah yeri olub. Siyasi liderə, millət vəkilliyinə xas olan bütün xüsusiyyətləri özündə cəmləşdirən A.Süleymanov Azərbaycanda da kifayət qədər tanınıb. İki ölkə arasında dostluq əlaqələrin inkişafında böyük səylər göstərib.

A.Süleymanova səs verən seçici ondan gözləntilərini alıb. O, hər seçki öncəsi verdiyi vəd və sözləri həmişə yerinə yetirib. A.Süleymanov cəmiyyətin həyatı ilə yaşamağı bacaran, dünyada gedən prosesləri anlayan, onun üçün ön planda insan olan bir deputatdır. Seçiciləri qarşısında üzərinə götürdüyü məsuliyyəti dərk edən A.Süleymanov onlarla ünsiyyətlərində də davamlı olub. Bəzi deputatlar ki, yalnız seçkidən-seçkiyə seçicilərlə görüşməyib. Mandat əldə etdikdən sonra isə qeybə çəkilməyib. A.Süleymanov eyni zamanda Gürcüstanın parlament diplomatiyasına tövhə verməyi bacaran siyasətçidir. Ölkəsinin milli maraqlarını qoruyub.

O, həmçinin vətənpərvərliyi ilə də seçilib. Mənəviyyatca zəngin, xalq arasında yetişmiş, el-obasının problemlərini dərindən bilən A.Süleymanova seçicilərinin problemlərini özünün problemləri hesab edib, bütün qəlbi və düşüncəsi ilə ona etimad göstərən seçicisinin qayğısına qalıb. A.Süleymanovun vicdanı təmiz, mərd, sədaqətli və cəsarətlidir. Xatırlayırsınızsa, 2016-cı il parlament seçkilərindən sonra Saakaşvilnin lideri olduğu Milli Hərəkat Partiyasından qopmalar başladı, bir çox millət vəkilləri qurumdan ayrıldılar. Amma A.Süleymanov sədaqət və mərdlik nümayiş etdirərək liderinə üz çevirmədi.
Gürcüstan parlamentinin deputatı olsa da Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ münasqişəsi, Ermənistanın işğalçılıq siyasətini gündəmə gətirən, ölkəmizin mövqeyini qoruyan qətiyyətli mövqeyi ilə seçilib. Çəkinmədən, qorxmadan hər bir hadisəyə, məsələyə operativliyi ilə münasibət bildirib. Hakim “Gürcü arzusu” Partiyasının soydaşlarımız və Azərbaycanla münasibətdə yol verdiyi ədalətsizlikləri cəsarətlə gündəmə gətirib, hakim dairələrə birbaşa iradlarını bildirib.

Gürcüstandakı ermənilərin yuxusunu ərşəyə çəkən liderdir. Xalqın içində olan A.Süleymanov sözü bütöv, ciddi siyasətçidir. Mövqeyi, yolu bəllidir, dünyanın rənglərinə aldanmayan soydaşımız yüksək intellektual qabiliyyətinə malik, savadlı və təcrübəli siyasətçidir. Milli, mənəvi dəyərlərimizə həmişə hörmətlə yanaşıb, onun qorunmasında əlindən gələni edib. Elə bütün bu xüsusiyyətlərindən irəli gəlir ki, hər dəfə xalqın dəstəyi ilə parlamentdə yerini qoruyub saxlaya bilib. Bütün maneələri dəf edən A.Süleymanovun bu seçkidə də qələbə qazanacağına şübhə yoxdur.

Xalqın etimad və hörmətini qazanmaq hər siyasətçiyə xas olan keyfiyyət deyil. Ümid edir və inanırıq ki, A.Süleymanov bu dəfə də Marneuli-Qardabaninin parlamentdə siması olacaq.

İnterpress.az