Marneulidə Ermənistana məxsus maşın azərbaycanlını vuraraq öldürüb – FOTObackend

Marneulidə Ermənistana məxsus maşın azərbaycanlını vuraraq öldürüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda Marneuli-Sadaxlı avtomobil yolunun Marneuli şəhərinə daxil olan hissəsində ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Məlumata əsasən, Ermənistan dövlət nömrə nişanlı “Opel” markalı avtomobil yolu keçmək istəyən Aşağı Qullar kənd sakini 35 yaşlı Cahangir Yusifovu vurub.

Hadisədən dərhal sonra ətrafda olan şəxslərin köməyi ilə Cahangir Yusifov xəstəxanaya aparılsa da, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qəza baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və məhkəmə-tibb ekspertləri cəlb olunub, faktla bağlı araşdırma başlayıb.