Gürcüstanda azərbaycanlıların yaşadığı Marneulinin Daştəpə kəndində yerləşən evlərdən birində xüsusi əməliyyat aparılır.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, xüsusi əməliyyatın nə ilə bağlı olduğuna dair hələlik rəsmi açıqlama verilməyib.
Kənd sakinlərinin verdiyi məlumata görə, evində axtarış aparılan şəxsin valyuta dəyişmə obyekti və ərzaq mağazası var, hal-hazırda isə həmin obyektlərin qarşısındada müvafiq xidmətin avtomobilləri durur.
Məlumata görə, valyuta obyektinin içərisində axtarış aparılır.