Masallıda avtomobil kanala aşdı: Ölən varbackend

Masallıda avtomobil kanala aşdı: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayonun Ərçivan kəndində LADA markalı avtomobil yol kənarındakı su kanalına aşıb.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasediciləri avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Kərimov Müşfiq Nəsir oğlunun meyitini su kanalından çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

İnterpress.az