Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
İnterpress.az-ın əldə etdiyi məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “DAF” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.