“Mədəni irsə əhəmiyyət verilmir” – I vitse -prezidentin köməkçisibackend

“Mədəni irsə əhəmiyyət verilmir” – I vitse -prezidentin köməkçisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Görəsən, Şuşada erməni vandalları tərəfindən Vaqifin məqbərəsindən oğurlanan çəhrayı mərmərləri harada istifadə ediblər? Terorçu Paşinyan, onunla sarayını bəzədin?”

İnterpress.az xəbər verir ki, bunu Ermənistanın işğal olunmuş ərazilərdəki mədəni abidələrə qarşı vandal münasibətinə etiraz edən I vitse-prezident Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov tvitter sosial şəbəkəsində bildirib.

E.Hüseynov beynəlxalq ictimaiyyətin bu məsələyə laqeyd münasibətinə də etiraz edib: “Mədəni irsə əhəmiyyət verilmir. Görün, Şuşadakı unikal məqbərəyə nə oldu. Təsəvvür edin ki, bu “Big Ben” və Eyfel qülləsi üçün baş verir. Hələ laqeyd qalacaqsınız? Coğrafiya bu qədərmi məna daşıyır?”

Vitse-prezidentin köməkçisi tezliklə məqbərənin yenidən təmir ediləcəyini qeyd edib: “Şuşa yenidən geri qayıdacaq. Gözləmək uzun çəkməyəcək. Ermənistan tərəfindən vəhşicəsinə dağıdılan Molla Pənah Vaqifin məqbərəsini yenidən bərpa edəcəyik. Təbii, tezliklə!”

 

İnterpress.az