Meksikada Popokatepetl vulkanının kül səpməsindən sonra sarı xəbərdarlıq edilibbackend

Meksikada Popokatepetl vulkanının kül səpməsindən sonra sarı xəbərdarlıq edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikadakı Popocatepetl vulkanının tüstü və kül püskürməsindən sonra ölkə həyəcan siqnalı verilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Vulkandan yayılan kül səbəbiylə paytaxt Mexikodakı iki beynəlxalq hava limanından uçuşların 3 gün müddətinə təxirə salındığı, Puebla və Tlaxcala əyalətlərində təlimlərin dayandırıldığı bildirilib.

Meksika Milli Fəlakətin Qarşısının Alınması Mərkəzi vulkanda müşahidə edilən dəyişikliklərlə əlaqədar “Mərhələ 3 Sarı Vulkan Siqnalının” elan edildiyini açıqlayıb.

Mayın 21-dən bəri Puebla və Morelos əyalətlərinin sərhəddində yerləşən vulkanda əksəriyyəti kiçik miqyasda olmaqla ümumilikdə 573 püskürmə qeydə alınıb.

Partlayışlara və kül yağışına qarşı ictimaiyyətə xəbərdarlıq edildiyi bildirilən açıqlamada vulkandan yayılan tüstünün insan sağlamlığına zərər verə biləcəyi açıqlanıb.

Vulkanlar üçün sarı xəbərdarlıq orta miqyaslı püskürmələr, kül yağışları və ətraf ərazilərə maqma axını xəbərdar edərkən, zərurət olmadıqca çölə çıxmamaq və maskadan istifadə edərək tüstüdən birbaşa nəfəs almamaq barədə xəbərdarlıq edilir.