Meksikanın Akapulko şəhəri Otis qasırğasından sonra zibil qalasına çevrilibbackend

Meksikanın Akapulko şəhəri Otis qasırğasından sonra zibil qalasına çevrilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın cənubundakı sahil şəhəri Akapulkoda oktyabrın 25-də quruya çıxan və şəhərdə böyük dağıntılara səbəb olan “Otis” qasırğasından sonra şəhər zibillə örtülüb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Pis qoxu ilə yanaşı, sakinlər epidemiya riski ilə də mübarizə aparır.

Hökumətin verdiyi açıqlamada Akapulkonun təmizlənməsinə kömək etmək üçün minlərlə əsgərin təyin edildiyi açıqlanıb.

Yığılmış zibillərin epidemiyaya səbəb ola biləcəyindən narahat olaraq səlahiyyətlilərdən kömək istəyən yerli əhali zibil və tullantıların tez bir zamanda təmizlənməsini istəyir.

Təxminən 900 min insana təsir edən Otis qasırğasında 50-dən çox insan həyatını itirib və böyük maddi ziyan meydana gəlib.

Prezident Andres Manuel Lopez Obrador xəstəliklərin qarşısını almaq üçün şəhərin dezinfeksiya ediləcəyini və zibillərin qısa müddətdə aradan qaldırılacağını vəd etmişdi.

Oktyabrın 26-da 5-ci kateqoriyaya yüksələn və “dağıdıcı ola biləcəyi” xəbərdarlığı edilən Otis qasırğası səbəbindən Meksikanın turizm şəhəri Akapulkoda görünməmiş təbii fəlakət baş verib.