Meksikanın Zacetekas şəhərində işgəncə ilə öldürüldüyü düşünülən 7 nəfərin cəsədi tapılıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Meksika mətbuatında yer alan xəbərə görə, cəsədlər əyalətin Loreto qəsəbəsində yolda aşkarlanıb.
Xəbər üzərinə hadisə yerinə gələn polis qrupları yolda tapılan cəsədlərin 7 kişiyə aid olduğunu müəyyən edib.
Səlahiyyətlilər meyitlərdə zərbə izlərinin olduğunu bildirib və bu şəxslərin işgəncə nəticəsində öldürüldüyünü təxmin ediblər.
Meyitlərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün Məhkəmə Tibb Mərkəzinə aparıldığı bildirilib.
Hadisəyə rəqib dəstələr arasında baş verən dava nəticəsində baş verdiyi qiymətləndirilir.